Yuxarı

Saatlıda canavar kəndə hücum etdi, 22 qoyunu parçaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Qara Nuru kəndində bir neçə canavar xırdabuynuzlu heyvan təsərrüfatına hücum edib. Nəticədə 14 baş heyvan tələf olub, daha 8 baş isə yaralı vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, hadisə səhər saat saatlarında kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. O, səhər vaxtı təsərrüfatda heyvanların yaralı və ölü vəziyyətdə olduğunu görüb.

“Yaxınlaşıb baxanda qoyun-quzu qan içində idi. Heyvanları sayarkən 3 baş qoyunun yerində olmadığını, 11 baş heyvanın ölü vəziyyətdə olduğunu, 8 baş isə yaralı qoyun olduğunu gördüm. Mənim təsərrüfatımda ilk dəfədir belə hadisə baş verir. Lakin əvvəlki illərdə kəndimizdə digər təsərrüfatlarda oxşar hadisələr olub. Ötən il qonşu təsərrüfatda canavarlar 7 baş heyvan aparmışdı. Hadisədən məlum olur ki, bu canavar tək gəlmir və sayları çoxdur. Sakinlərdən də kəndin yaxınlığında dəfələrlə canavarlar görən ölüb. Artıq bu vəziyyət təhlükəli hal alıb”.

Qeyd edək ki, hadisədən sonra təsərrüfat sahibi kənd baytar həkiminə müraciət edib, ərazidə dezinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.

Tarix
2024.01.01 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla