Yuxarı

Gənc əsgərlərin hərbi hissələrdə qəbulu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc əsgərlərin hərbi hissələrdə qəbulu  - Video

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.

Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.

Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri barədə ətraflı məlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətlər aparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir.

Tarix
2024.01.15 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla