Yuxarı

Nazirlik bu gənclərin toyunu etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu gənclərin toyunu etdi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan gənclərdən Nuranə Cabbarova ilə Ənvər Pənahinin toy mərasimi təşkil edilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, valideyn himayəsindən məhrum, kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilən 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Gənclərdən 35 nəfəri elə müəssisənin özündə fəaliyyət göstərən kafedə, bərbərxanada, ticarət salonunda, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin ediliblər.

Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq var. Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir. Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə "Məzun evi"ndə yaşayacaq.

Tarix
2016.02.08 / 11:02
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla