Yuxarı

“Azəriqaz”dan Müşfiqabaddakı aksiyaya açıqlama - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz”dan Müşfiqabaddakı aksiyaya açıqlama - Rəsmi

"Azəriqaz" İstehsalat Birliyi Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki aksiya ilə bağlı açıqlama verib.

İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev bildirilib ki, magistral xətlərdə problem bir neçə gün əvvəl yaranıb. Bu səbəbdən Bakının bir sıra kənd və qəsəbələrində olduğu kimi, Müşfiqabad qəsəbəsinin qaz təchizatında da problemlər baş verib. Bununla bağlı "Azəriqaz" İB əhaliyə əvvəlcədən xəbərdarlıq da edib.

Onun sözlərinə görə, hazırda Müşfiqabad qəsəbəsinin qaz təminatında heç bir problem yoxdur: "Bu gün Bakı şəhəri ərazisində, o cümlədən Abşeronun hər hansı yaşayış məntəqəsində qazdan istifadə ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib". Müşfiqabad qəsəbəsinin sakinlərindən isə AzNews.az-a bildirilib ki, aksiya bu gün deyil, fevralın 2-də keçirilib.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl Müşfiqabad sakinlərinin təbii qazın kəsilməsi ilə əlaqədar Bakı-Şamaxı yolunu bağladıqları xəbərini almışdıq.

Tarix
2014.02.05 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla