Yuxarı

Zakir Həsənov türk generallarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov türk generallarla görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisini və "Roketsan" şirkətinin nümayəndə heyətini qəbul edib.

"Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

General-polkovnik Zakir Həsənov regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini vurğulayıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Tarix
2014.02.05 / 17:54
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla