Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazi
sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə
aid edilməsi Qaydası"nın və "Sualtı mədəni irs nümunələrindən
istifadə Qaydası"nın təsdiq edib.
Trend-in
məlumatına görə, qaydalara əsasən, sualtı mədəni irs nümunələrinə
öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında
qalan mədəni sərvətlər- obyektlər, tikililər və onların qalıqları,
artefaktlar və paleontoloji qalıqlar; gəmilər, uçuş və nəqliyyat
vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər
əşyalar; qədim tarixi əşyalar aiddir.
Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni
sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.
Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni
sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
ekspertiza yolu ilə müəyyən edilir.
Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi
Qaydası"na uyğun həyata keçirilir.
Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin
istifadəçisinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən
olunur.
Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli
mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin
mühafizə siyahısına daxil edildikdənsonra onların qorunması,
bərpası və istifadəsi həyata keçirilir.
Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil
məqsədləri üçün istifadəyə şərait yaradır.