Yuxarı

DSX axtarışda olan 375 nəfəri saxladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX axtarışda olan 375 nəfəri saxladı

2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Axar.az-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olubar.

Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq­mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2016.02.11 / 15:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

Azərbaycan Butan Krallığını təbrik etdi

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla