Yuxarı

Ədalət Partiyasından prezident seçkiləri ilə bağlı bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədalət Partiyasından prezident seçkiləri ilə bağlı bəyanat

Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Axar.az sözügedən bəyanatı təqdim edir:

"7 fevral prezident seçkiləri Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. İlk növbətə 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi. Bununla yanaşı 7 fevral seçkilərini ilk dəfə Azərbaycan qalib dövlət kimi keçirirdi. Seçki təyin olunandan qısa zaman sonra ölkəmizdəki bir çox partiya milli və dövlətçilik mənafeyini əsas götürürək Vətən müharibəsinin qalibi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini açıq şəkildə bəyan etdi. Bu Azərbaycan siyasi tarixinin yeni səhifəsi, ayrı-ayrı siyasi güclərin milli məsələ, vətən və dövlət uğrunda birliyinin göstəricisi oldu.

Ədalət Partiyası seçki öncəsi prosesi diqqətlə müşahidə etdi. Bu proses Azərbaycanda bütün hüquq və azadlıqların təmin olunması ilə uğurla həyata keçirildi. Namizədlər üçün televiziya, radio və qəzetlərdə yaradılan bərabər təbliğat imkanları, onların fikirlərini azad şəkildə ifadə etməsi üçün təmin olunan şərait və ölkənin bütün ərazisində görüşlər keçirməsinin maneəsiz təminatı xüsusi diqqət çəkdi. Hər bir namizəd ictimaiyyətə açıq platforması ilə öz seçki təbliğatını ayrı-ayrı şəhər, rayon, qəsəbə, hətta kəndlərdə belə rahat şəkildə reallaşdıra bildi.

Səsvermə günü müşahidələr aparan Ədalət Partiyasının üzvləri birmənalı şəkildə seçkilərin şəffaf və demokratik şəraitdə, heç bir qarşıdurma və problem olmadan baş tutduğu qənaətlərini partiyanın mərkəzi qərargahına bildirdilər. Bunun əsasında Ədalət Partiyası hesab edir ki, Prezident seçkiləri bütün qanunvericilik tələblərinə uyğun, ədalətli şəkildə keçirilmişdir. Vətəndaşların yüksək fəallığı ilə keçən seçkilərdə hansısa qanun pozuntusu müşahidə edilməmişdir. Seçkilərin nəticələrinə və ekzitpolların nəticələrinə görə Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev seçicilərin əksəriyyətinin səsini qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilmişdir. Biz bu nəticəni ədalətli hesab edir və cənab İlham Əliyevi bu möhtəşəm qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik.

Əminik ki, Azərbaycan xalqı öz möhtəşəm birliyi ilə dövlətimizin daha da güclənməsinə səs vermişdir".

Tarix
2024.02.08 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla