Yuxarı

Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xocalıdan olan şəhid ailələri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Axar.az xəbər verir ki, çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərib, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.Yalnız ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini alıb. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Prezident İlham Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görüb. “Xocalıya ədalət!” şüarı ilə haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar icra edilib.Vətən müharibəsində qazanılan Qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq Qarabağa dönüş başlanılıb.

YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı.

Anım mərasimi zamanı Rafiq Quluyev əslən Xocalıdan olan şəxslərlə söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb.

Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.

Tarix
2024.02.23 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla