Yuxarı

İntihar edən qızın ölümündə təqsirli bilinən şəxsin atası danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İntihar edən qızın ölümündə təqsirli bilinən şəxsin atası danışdı - Video

Özünü yandıran Məlakə Bayramlının ittiham etdiyi Əli Həbiblinin ailəsi nəhayət ki, mətbuata açıqlama verdi.

Atası Əbülfəz Həbiblinin verdiyi məlumata görə, hadisələr heç də qız evinin təqdim etdiyi kimi cərəyan etməyib. Oğlunu bu məsələdə tam olaraq təqsirsiz sayan ata deyir ki, iki gənc arasındakı münasibətlərin dramatikləşməsində mərhumun şantajdan istifadə etməsi olub. Əbülfəz Həbibli onu da vurğuladı ki, artıq mərhum bir dəfə nişanlı olub və nişan oğlan evi tərəfindən qaytarılıb.

Əbülfəz Həbibli, Əli Həbiblinin atası: " Məlakə Bayramlı özü yaxınlaşıb nömrəsini verib ki, mənə zəng edərsən. Əli də ona zəng etməyib. Bir neçə gündən sonra yenidən yaxınlaşıb ki, niyə mənə zəng etmədin? O isə cavab olaraq bildirib ki, mənim vaxtım yoxdur, sənə zəng etməyə. Sonra bir neçə müddətdən sonra yazışıblar və danışmağa başlayıblar. Və bu yazışmalardan sonra Əlini şantaj edib ki, gedib hamıya deyəcəm ki, sən mənimlə zorlama münasibətdə olmusan, hamilə qalmışam. Biz isə bu məsələnin üzərinə düşdük, ekspertizada müəyyən edildi ki, zorlanma olmayıb. Və bu qız, bu yaşa qədər heç vaxt hamilə olmayıb. Bu məsələlər hamısı araşdırılır, öyrənilir. Qızın bir neçə oğlanlarla danışığı, intim sms-ləri, görüşmələri və s. sübutlar var. Hərbi Prokrorluğun əlində faktlar var ki, zorakılıq vaxtı olmayıb. Əlinin əl izləri qızın bədənində tapılmayıb. Onların ümumiyyətlə münasibəti olmayıb, qaldı ki, zorlama halı. Mən Azərbaycanın qanununa inanıram".

Xatırladaq ki, Məlakənin valideynləri isə bu məsələdə məhs Əli Həbiblini günahlandırırlar. Artıq fakt Baş Prokurorluqda araşdırılır. Hər halda istintaq gerçəkləri üzə çıxaracaq. (ANS)

Tarix
2014.02.06 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla