Yuxarı

Özünü kəndirlə asdı, amma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə özünü asmağa cəhd edən 49 yaşlı kişi son anda kəndir qırıldığı üçün xilas olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə fevralın 21-də axşam saat 17 radələrində Şəki şəhəri P. Namazzadə küçəsi ev 38 A ünvanında baş verib.

Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Qurban İsfəndiyar oğlu Qurbanov yaşadığı evin eyvanında travmatik şok vəziyyətdə, boynunda kəndirlə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 49 yaşlı Q. Qurbanov intihar etmək məqsədi ilə özünü asıb. Lakin son anda kəndir qırılıb, Q. Qurbanov xilas olub. Q. Qurbanov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan verilən məlumata görə, Q. Qurbanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2016.02.21 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla