Yuxarı

NATO-nun Bakıda təlim kursu başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.

NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Birgə Əməliyyat və Səfər Qiymətləndirilməsi" mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.

Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun hərbi strukturu", "Hərbi tərəfdaşlıq", Əməliyyat planlaşdırma prosesi", "Əməliyyatların qiymətləndirilməsi", "Məlumatların toplanması və təhlili" və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcək.

Tarix
2016.02.24 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Prezidentdən demarkasiya ilə bağlı mühüm açıqlama

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla