Yuxarı

Azərbaycan Rusiyaya nota verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları məbləğində kreditin verilməsinə dair sazişin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyası XİN-ə nota ünvanlayıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursat, o cümlədən hücum silahlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə təkzibolunmaz faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: "İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz beynəlxalq hüquqi öhdəliklərini, silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və işğal altındakı ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə, Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır. Azərbaycan tərəfi ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin verilməsini gözləyir".

Tarix
2016.02.24 / 14:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla