Yuxarı

Sürücü-polis davasına rəsmi reaksiya - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücü-polis davasına rəsmi reaksiya - Video

Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən gərgin anlar araşdırılıb və hüquqi qiymət verilib.

Bunu Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qadın sürücü ilə polis arasında yaranan insidentə münasibət bildirərkən deyib. Qurum rəsmisinin sözlərinə görə, məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib:

"Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşın zədəli olub. Bundan başqa, poisə "VTB Bank" tərəfindən avtomobilin axtarışa verilməsi, Səbail Rayon Məhkəməsi tərəfindən cərimə qərarları və 5 MMX olduğu üçün avtomobilin saxlanılması tapşırılıb. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında həyat yoldaşı kimi təqdim etdiyi kişi sərnişin olub.

Yol polisləri nəhayət maşını saxlamağa müvəffəq olublar. Qadın qapıları bağlayaraq maşından düşməyib, polisə qarşı zor tətbiq edib. Hətta vəziyyət o yerə çatıb ki, qadın polisin üzünə xəsarət yetirib. Polisin sifəti tanınmaz hala düşüb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq, yol polisi əmrə tabe ola bilməyən sürücünü saxlaya bilib.

Hadisə ilə bağlı Xətəai Rayon Məhkəməsi həm sürücü, həm də yanındakı sərnişini 200 manat cərimələyib.

Qadın sürücü Azərbaycan xanımına yaraşmayan hərəkət edib. Ümumiyyətlə, Azərbaycan kişisi heç vaxt qadına zor tətbiq etməyin tərəfdarı olmayıb. Görün polisi hansı həddə çatdırıb ki, o, qadına qarşı zor tətbiq etmək məcburiyyətində qalıb".

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonu, Süleyman Vəzirov küçəsində polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin qadın sürücü ilə 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı arasında insident yaşandığını əks etdirən video-görüntünü Avtosfer.az saytı yayımlayıb.

Tarix
2016.02.29 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla