Yuxarı

Ağdamda iki nəfər minaya düşdü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:07

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.

***

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına, Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır.

Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.

"Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.

Tarix
2024.04.12 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla