Yuxarı

Xaçmazda işıq kəsildi - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda işıq kəsildi - Səbəb

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir:

"Azərişıq ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək”.

Tarix
2024.04.17 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla