Yuxarı

Goranboyda oğru dəstəsi ifşa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə və Goranboyda evlərə qənim kəsilən 2 nəfərdən ibarət dəstə ifşa olunub.

Kəpəz TV (Region TV) xəbər verir ki, onlardan birini Goranboy polisi saxlasa da digərini hələ ki məsuliyyətə cəl etmək mümkün olmayıb.

Fevralın 19-da Goranboy rayonunu Rəhimli kənd sakini Rəddin Məmmədov polisə ərizə ilə müraciət edərək yaşadığı evindən 2500 manat dəyərində qızıl ziynət əşyalarının, 40 manat və 45 dollar nəğd pulun oğurlanması barədə məlumat verib. Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvü Şəki şəhər sakini 21 yaşlı Elnur Səmədov saxlanılaraq istintaqa təhvil verilib. Oğurluq hadisəsini törədən dəstənin digər üzvü Goranboy rayon sakini 24 yaşlı Rasim Hüseynov isə polisdən qaçıb. Hazırda onun axtarışları aparılır. Polisin araşdırması zamanı məlum olub ki, onlar Şəkidə və Goranboyda 15-ə yaxın evdən oğurluq ediblər.

Elçin Əzizov - Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi: "Şübhəli şəxs qismində saxlanılan Elnur Səmədovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, həmin şəxslər Goranboy rayon ərazisində bir neçə yaşayış evinə qanunsuz daxil olaraq müxtəlif qızıl ziynət əşyalarının və digər əmlakı gizli yolla talamaqla oğurluq ediblər. Bundan başqa müəyyən edilib ki, Elnur Səmədov yaşadığı Şəki şəhərində də 6 yaşayış evinə qanunsuz daxil olaraq oğurluq hadisəsi törədib"

Əldə etdikləri qızıl ziynət əşyalarını Bakı şəhərində sataraq öz aralarında bölən dəstə üzvüləri pulu kef məclislərinə xərcləyiblər.

Elnur Səmədov - saxlanılan şəxs: Oğurluqdan payıma o qədərdə pul düşməyib təzminən 800 manat olub. Girdiyimiz yerlərdə çoxda dəyərli şeylər olmayıb. Tutduğum əməldəndə çox peşmanam bu vəziyyət kimi xoşuna gələrki"

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.03.01 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla