Yuxarı

Bu yollar təmir olunacaq – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yollar təmir olunacaq – Siyahı

Bütün yolların təmiri 2015-ci ilə qədər yekunlaşmalıdır.

Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı təsdiq edilib. Bu barədə nazirliyin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. O qeyd edib ki, bütün yolların təmiri 2015-ci ilə qədər yekunlaşmalıdır.

Tədbirlər Planına uyğun olaraq, mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərinin qarşısında konkret vəzifələr qoyulub. Nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər edilib. Artıq Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna - Mərdəkan– Qala avtomobil yolunun Buzovna- Mərdəkan hissəsinin, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında ("Gənclik" metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışı olub.

Bundan əlavə Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına və su oyunlarının keçiriləcəyi arenaya yeni avtomobil yollarının tikintisi və s. işlər nəzərdə tutulub. ("Lent.az")

Tarix
2014.02.08 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla