Ana səhifə Toplum |
Sankt-Peterburqda (Rusiya) “Siti Moll” ticarət mərkəzinin dayanacağında baş verən atışma ilə əlaqədar Ermənistandan olan 34 yaşlı fərdi sahibkar Ovik Köçəryan saxlanılıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından olan mənbədən məlumat verilib.
Bildirilib ki, şəhər sakini ilə “LiXiang L9” markalı avtomobilin sürücüsü arasında yolda münaqişə baş verib, bundan sonra sürücü Sankt-Peterburq sakininə travmatik tapança ilə azı 5 atəş açıb və hadisə yerindən qaçıb.
Qeyd olunub ki, Köçəryanın yaşadığı ünvanda aparılan axtarış zamanı ondan 10x28 kalibrli “Grand Pover” markalı travmatik tapança aşkar edilərək götürülüb (hadisə yerində dayanacaqda da eyni kalibrdə 5 patron aşkar edilib).
Erməni sahibkar Rusiya Cinayət Məcəlləsinin “cinayət törətməkdə şübhəli bilinən şəxsi həbs etmək hüququ” maddəsi ilə saxlanılıb.
Qeyd edək ki, cinayət hadisəsi mayın 14-də baş verib. Bununla bağlı yayılan kadrlardan çəhrayı köynəkli bir şəxsin ona doğru hərəkət edən avtomobili necə saxlamağa çalışdığı görünür. Bundan sonra avtomobilin sürücüsü maşından düşərək ona atəş açır.
Zərərçəkmiş qarın nahiyəsindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib.
Tarix
2024.05.16 / 13:45
|
Müəllif
Axar.az
|