Yuxarı

Ardıcıl 3 gün iş olmayacaq? - NK "cavab" verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ardıcıl 3 gün iş olmayacaq? - NK "cavab" verdi

Xəbər verdiyimiz kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.

Axar.az xəbər verir ki, “Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.

Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.

Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.

Nazirlər Kabinetindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.

Tarix
2024.05.22 / 15:57
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla