Yuxarı

Masazırda qəza: qadın avtobusun altında qalıb öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazırda qəza: qadın avtobusun altında qalıb öldü

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə “Daevoo” markalı marşrut avtobusu piyadanı vurub.

İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən qadının 1966-cı il təvəllüdlü Reyhan Boran qızı İmanova olduğu müəyyən edilib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, mayın 23-də oxşar hadisə baş vermişdi. Bakı şəhəri Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb ölmüşdü.

Tarix
2024.05.29 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla