Yuxarı

Elgiz Əkbər millət vəkilinin fəaliyyətini araşdıracaq – Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elgiz Əkbər millət vəkilinin fəaliyyətini araşdıracaq – Qalmaqal

Millət vəkili Astan Şahverdiyevin "Vision.tv"yə verdiyi açıqlaması "Ümid var", "Adam içində" verilişlərinin işçi heyətinin narazılığı ilə qarşılanıb. Əməkdar artist Mehriban Xanlarova eksperti olduğu "Ümid var" verilişinə edilən ittihamlar ilə razılaşmayıb.

"Bu verilişlər əhalinin dərdlərinin həllinə xidmət göstərir. Kimlərisə yerdən qaldırmaqla biabır etmək arasında xeyli fərq var. Biz o verilişlərdə pisi pis, yaxşını yaxşı kimi təqdim edirdik".

"Axar.az"a danışan Əməkdar artist Mehriban Xanlarova Astan Şahverdiyevin bu cür aparıcıları reket jurnalist adlandırmasına da münasibət bildirib:

"Məncə, reket jurnalistikası tam fərqlidir. Bu verilişlər sırf cəmiyyətə xidmət göstərən formatda tətbiq edilib".

Uzun zamandır aparıcı olaraq fəaliyyət göstərən "El içində" verilişinin aparıcısı Elgiz Əkbər isə millət vəkilinin ünvanına "mən birinci dəfədir ki, onun adını eşidirəm",- deyib.

"Mən onun adını birinci dəfədir eşidirəm. Onu da ki, siz jurnalistlərdən. Görünür, onu hər hansı bir aparıcı təhdid edib. Amma baş verən hadisənin mənə heç bir aidiyyəti yoxdur".

Həmin millət vəkilinin fəaliyyətini araşdıracam

Teleaparıcı sözlərini belə tamamlayıb:

"Mən bir vətəndaş olaraq həmin millət vəkilinin fəaliyyətini, necə millət vəkili olmasını araşdıracam. Mən heç kimi verlişimi bəyəndirmək məcburiyyətində deyiləm. Əgər hörmətli millət vəkilimizin mənim verilişimdən xoşu gəlmirsə, mən nə edə bilərəm?.. Məni reket jurnalist adlandırmaq doğru deyil. Kimisə reket jurnalist adlandırmaq üçün gərək əlində faktların olsun. Mən də hər hansı bir millət vəkilini rekertlikdə günahlandırıb, sürdüyü maşının hardan olduğunu soruşa bilərəm. Amma boş-boşuna deməklə olmaz. Baş verənlərə sadəcə, üzüldüm".

Qeyd edək ki, Elgiz Əkbər 2010-cu ildə bütün türk dünyasında ilin tele-jurnalisti adına layiq görülüb.

Tarix
2014.02.10 / 15:10
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla