Yuxarı

Hindistan vətəndaşının DİN-dən xahişi: Bu xəbəri yayın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqımda yayılan məlumatlara görə narahatam. Uzun illərdir Bakıda yaşayıram, bura artıq ikinci vətənimə çevrilib, məni tanıyanlar, ətrafım var. İstəyim odur ki, haqqımda yayılan bu məlumatların düzgün olmadığını hamı bilsin.

Bu sözləri Axar.az-a bir müddət əvvəl Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələbetmə adı ilə saxlanılan Hindistan vətəndaşı Prashant Mishra deyib.

O bildirib ki, dələduzluq etdiyi iddia edilən Şri-Lanka vətəndaşlarına, əslində, evini kirayə verib:

“Mən, Prashant Mishra 1994-cü ildən Azərbaycanda yaşayıram. Burada bizneslə məşğul olmuşam, su filtirləri satmışam, neft şirkəti ilə işləmişəm. Bir müddət əvvəl haqqımda doğru olmayan, təsdiqlənməyən məlumat yayılmışdı. Belə ki, Azərbaycana oxumağa gələn Şri-Lanka vətəndaşları ilə marketlərin birində tanış olmuşdum. Onlar azərbaycanca, rusca bilmirdilər, ona görə məndən kömək istədilər. Məlum oldu ki, tələbədirlər, həm də ev axtarırlar. Həmin an ailəm də Hindistana getmişdi, evim boş idi. Mən o evi əvvəlcə üç nəfərə verdim. Sonra da yeddi nəfər təzədən gəldi. Nəhayət, sonda 13 nəfər bizim ev də kirayə qalmağa başladı”.

P.Mishra hadisənin də bundan sonra baş verdiyini deyib:

“Bu müddət ərzində onlar evimdə müvəqqəti qeydiyyata da düşdülər ki, Miqrasiya İdarəsindən oturum izni ala bilsinlər. Bir dəfə də onlara ailələrindən pul gəlməli idi, özlərinin hələ bank hesabları, kartları yox idi deyə, həmin pulu ailələri mənim bank hesabıma göndərdilər. Mən də o pulu bankdan çıxarıb, özlərinə vermişəm.

Daha sonra ailəm Hindistandan qayıtdığı üçün onlara evi boşaltmalarını xahiş etdim. Həmin vaxt onların mənə kirayə borcları vardı, bir neçə ay idi kirayəni verə bilmirdilər. Aramızda isə heç bir problem olmamışdı. Borclu qalmaqları da problem deyildi. Dedilər, sən bizə kömək etmisən, biz bunu unutmarıq, borcu da ödəyəcəyik. Onlar hostel tapdıqlarını, mənə olan borclarını da bir müddət sonra ödəyəcəklərini bildirdilər. Şri-Lanka pasportlarını bir növ girov kimi qoydular. Dedilər, onsuz da bu pasportlar lazım deyil, Miqrasiya Xidmətinin verdiyi müvəqqəti kimlik Azərbaycanda kifayətdir”.

P.Mishra deyib ki, sonradan onlardan bir xəbər çıxmayıb – nə pulu veriblər, nə də gəlib sənədi götürüblər:

“Ümumilikdə 7 nəfər idi, biri əlaqə saxlayıb dedi ki, valideyni rəhmətə gedib, pasportunu götürmək istəyir, ancaq pulu ödəyə bilməyəcək. Mən də dedim, eybi yox, gəl apar, digər 6 nəfərin isə sənədləri məndə qaldı. O gündən sonra onları görmədim, əlaqə saxlamaq çətin olurdu.

Sonra özüm Miqrasiya Xidmətinə xəbər etdim ki, belə bir hadisə olub, 6 nəfər artıq bizdə yaşamır, mənə borclu qalıblar, ancaq pasportları da məndədir. Bir müddət keçdi, məni Miqrasiya Xidmətinə dəvət etdilər. Məlum oldu ki, onları tapıb yoxlayıblar, məni da şahid kimi çağırırlar. Mən hadisə necə olubsa, danışdım. Orda məlum oldu ki, Azərbaycan qanunlarına görə, pasportu girov qoymaq və girov saxlamaq qadağandır. Mən bunu bilmirdim, heç pasportlarını da onlardan zorla almamışdım, özləri qoyub getmişdilər. İdarədə məndən heç bir şikayətləri olmadığını da dedilər, bildirdilər ki, heç kimi aldatmamışam, pul tələb etməmişəm, pasportlarını da zorla əllərindən almamışam. Daha sonra işi 41-ci polis bölməsinə göndərdilər, orada da araşdırma aparıldı və mənim günahsızlığım təsdiqləndi. Onlar yenə kirayə pulunu ödəyə bilmədilər, mən də israr etmədim, kasıb adamlardır, bağışladım, məsələ də bağlandı”.

P.Mishra buna baxmayaraq, Daxili İşlər Nazirliyinin araşdırma ilə bağlı yaydığı məlumatda adının şübhəli şəxs kimi keçməsinə etiraz edib:

“Onlar hətta notarial qaydada məndən heç bir narazılıqları olmadığını da bildiriblər. Heç kəsdən şikayətçi deyiləm, əksinə, polisə təşəkkür edirəm ki, ədalətli araşdırma aparıb, həqiqəti üzə çıxartdı. Yalnız ondan narahatam ki, ilkin məlumatda, araşdırma aparılan müddətdə adım şübhəli kimi hallanıb. İstəyim odur ki, polis mənim günahsız olduğumu təsdiqləyən açıqlama yaysın”.

Qeyd edək ki, mayın 2-də DİN məlumat yayaraq, Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı M.Prashantın saxlanıldığını bildirərək, barəsində araşdırmalar aparıldığını açıqlamışdı.

Tarix
2024.06.07 / 13:07
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

Bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik oldu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla