Yuxarı

ATV-nin maşını kanala düşdü: Xəsarət alanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:48

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.

ATV telekanalından faktı təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. "Ləziz Macəra" verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib.

00:47

Bərdədə qəza nəticəsində xəsarət alan ATV telekanalının əməkdaşlarının müayinələri başa çatıb.

ATV telekanalından APA-ya bildirilib ki, həkimlərin verdiyi rəyə əsasən, sürücü Cehyun Sultanovun ayağı əzilib. Operator Farid Vəliyev və "Ləziz Macəra" verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hər üç şəxsin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Tarix
2016.03.15 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla