Yuxarı

Şeyx Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə təbrik ünvanlayıb.

Axar.az xəbər verir ki, şeyxülislam builki Qurban bayramının müstəqil dövlətçilik tariximizdə mühüm tarix – Milli Qurtuluş Günü sevinci ilə eyni zamana təsadüf etdiyini xatırladıb.

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin xilası günü münasibətlə xalqımızı ürəkdən təbrik edir, dövlət müstəqilliyimizin daimi, zəfərlərimizin davamlı olmasını diləyirik. Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır", - şeyx bildirib.

Allahşükür Paşazadə vurğulayıb ki, builki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 16 iyun tarixinə təsadüf edir:

"Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 16-17 iyun tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur".

Tarix
2024.06.14 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla