Yuxarı

Bakı metrosu yay qrafikinə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.

Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov" - "28 May" sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.

İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.

"Qırmızı" və "Yaşıl" xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

"Bənövşəyi" xətdə və "Xətai" - "Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.

Xətlərin "28 May" stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov" - "Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və yaxud "İçərişəhər" istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə "Nərimanov" stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil" stansiyasından xəttə daxil olması ilə əlaqədar "Ulduz" - "Həzi Aslanov" sahəsində intervallar daha çox ola bilər.

İyunun 20-də "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.

Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.

Tarix
2024.06.14 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla