Yuxarı

Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər

Bu gün ölkəmizdə baş verən yeraltı təkanlar, zəlzələ zamanı davranış qaydalarını gündəmə gətirib.

"Axar.az" həmin qaydaları təqdim edir:

Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.

Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.

1. Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir.

2. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun.

3. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın.

4. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn, soyuducudan, mebeldən və s. uzaq dayanın.

5. Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdalan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın.

6. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.

7. Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.

Tarix
2014.02.11 / 02:42
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla