Yuxarı

Bu ərazilərə leysan yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərə leysan yağdı – Faktiki hava

İyunun 19-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 46 millimetr, Şəkidə 24 millimetr, Zaqatalada 12 millimetr, Ağstafada 8 millimetr, Ordubadda 7 millimetr, Qax (Sarıbaş), Ağdamda 6 millimetr, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız və Göyçayda 5 millimetrədək olub.

Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 metr/saniyə, Goranboyda 27 metr/saniyə, Ağdamda 22 metr/saniyə, Beyləqan, Bərdə, Culfada 20 metr/saniyə, Mingəçevir, Şəmkirdə 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Ceyrançöl, Naxçıvanda 16 metr/saniyə, Yevlaxda saniyədə 15 metrədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Tarix
2024.06.19 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla