Yuxarı

“Efla” Bakıda Dağıstan ali məktəblərinin sərgisini keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda, “Badamdar” oteldə “Efla Group” Xaricdə Təhsil Mərkəzinin təşkil etdiyi təhsil sərgisi keçirilib.

Axar.az xəbər verir ki, “Efla Group”un təsisçisi və direktoru Emil Şahbazov əvvəlcə sərgi iştirakçılarına mərkəz haqqında, daha sonra isə sərgi barədə məlumatlar verib.

“Biz bu sərgidə Dağıstanda fəaliyyət göstərən ali məktəblərin tanıtımını həyata keçiririk. Son illər xaricdə təhsilə marağın artması nəzərə alaraq, ölkəmizə yaxın olan təhsil müəssisələri haqda ətraflı bilgi əldə edilməsi üçün abituriyentlərə fürsət yaratmağa çalışırıq. Əlbəttə, hamımız təhsilin ən önəmli məsələ olduğunu bilirik və istəyimiz də gənclərin doğru seçim etməsinə yardımçı olmaqdır”, - o bildirib.

Emil Şahbazov sərginin bir əsas məqsədinin də Dağıstandakı universitetlərin təhsil prosesi, qaydaları, avantajları haqqında məlumat vermək olduğunu deyib:

“Tədbirdə bir neçə universitetin - Dağıstan Dövlət Pedoqoji Universiteti, Dağıstan Dövlət Xalq Təsərrüfatı Universiteti, Ümumrusiya Ədliyyə Akademiyasının Mahaçqala filialı və Dərbənddə yerləşən Dünya İqtisadiyyatı İnstitutunun rəhbərliyi iştirak edir. Məqsədimiz Dağıstanda fəaliyyət göstərən ali məktəblərin təhsil proseduru, istiqaməti, üstünlüyü haqqında məlumatlar təqdim etməkdir”.

Sərgidə iştirak edən abituryentlərə də fərdi şəkildə məlumatlar verilib və daha sonra media nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Konfrans zamanı Emil Şahbazov və Dağıstan universitetlərinin nümayəndələri media nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra sərgi çərçivəsində Dağıstan universitetlərinin nümayəndələri təmsil etdikləri qurumlar haqda ətraflı məlumatları təqdim ediblər.

Tarix
2024.06.22 / 19:29
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ərdoğan və Şəriflə görüş keçirir

Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

Moskvada bunu müzakirə etdik, o vaxtdan bəri...

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Azərbaycan XİN Belarusu təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla