Yuxarı

Nazirlikdən yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bu barədə Axar.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

"Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir", - müraciətdə vurğulanıb.

Tarix
2024.06.29 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı

Bahalaşma xəbəri niyə bazar gecəsi verildi? - Səbəb budur

İlham Əliyev 3 səfirin etimadnaməsini qəbul etdi

Dizel bahalaşdı: Ekspertdən fermerlərə yardım çağırışı

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla