Yuxarı

Xətai rayonunda Polis Günü qeyd olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon prokuroru Sərdar İmanov, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər vəzifəli şəxslər iştirak ediblər.

Axar.az xəbər verir ki, ilk olaraq Ulu öndərin adını daşıyan parkda abidəsi ziyarət olunub.

Tədbirdə çıxış edənlər dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıblar.

Qeyd olunub ki, Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.

Vurğulanıb ki, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Tarix
2024.07.02 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla