Yuxarı

ABB-nin bu ofisi filial kimi fəaliyyətə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində müştərilərə ən yüksək səviyyədə xidmət üçün ABB bu məkandakı şöbəsini filiala çevirib.

Yeni filialda fərdi müştərilərin, eləcə də bizneslərin maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi Hava Limanı filialında də müxtəlif növ kassa-hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi xidmətlərdən faydalana bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində ABB müştərilərə xidmət göstərən yeganə bankdır. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Hava Limanı filialının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: “Heydər Əliyev Beynəlxalq Aeroportunda təmsil olunmaq Bankımız üçün çox mühümdür. Strateji partnyorlarımızdan olan AZAL və bu məkandakı digər tərəfdaşlarımızla çalışacağıq ki, birgə əməkdaşlığımızı yeni inkişaf mərhələsinə çıxaraq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2024.07.03 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Orban Füzuliyə gəldi

Erməni bloger ad gününü Azərbaycanda keçirdi - Video

Hikmət Hacıyev Şuşadan paylaşım etdi

Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan

“Naxçıvanpoçt”un direktoru işdən çıxarıldı

General-polkovnik istefaya getdi, yeni komandan o oldu

Əliyev Ərdoğana demişdi, bu gün etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla