Yuxarı

Ölkənin ən böyük gənclər festivalı "Yay Fest" başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ən böyük və gözlənilən gənclər festivalı "Yay Fest" bu il də daha fərqli, əyləncəli formatda yenidən öz işinə başlayıb.

Axar.az xəbər verir ki, çadır tipli düşərgə formatında olan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.

2019-cu ildən bəri təşkil olunan festival iki ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun səkkiz ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır.

Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.

Qeyd edək ki, iyulun 15-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Birlikdə daha yaşıl gələcəyə!" şüarı altında keçirilən "Yay Fest"in builki ilk düşərgəsinə start verilib. Düşərgə iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Düşərgənin rəsmi açılış mərasimində dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Tarix
2024.07.15 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla