
Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?
23:09
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Unikal-a istinadla xəbər verir ki, yük maşını (TIR) eyni istiqamətdə hərəkətdə edən VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.
Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri - 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəlludlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2024.07.19 / 13:30
|
Müəllif
Axar.az
|