Yuxarı

Özünü və iki övladını damdan atmaq istədi - Evə görə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünü və iki övladını damdan atmaq istədi - Evə görə

Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün intihar edəcəyini bildirib.

"Axar.az" "APA"ya istinadən məlumat verir ki, beşinci mərtəbəyə çıxan orta kişi özünü oradan atacağı ilə hədələyib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparıblar.

Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra intihar etməyəcəyini deyib.

FHN əməkdaşları S. Məmmədovu və onun 2001 və 2009-cu il təvəllüdlü övladlarını Gəncə Dövlət Universitetinin yataqxanasının damından düşürüblər.

Məlumata görə, S. Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirərək, özünü və övladlarını yataqxananın beşinci mərtəbəsindən atacaqlarını bildirib.

S. Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə aparılıb.

Tarix
2014.02.12 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla