Yuxarı

Ödənişli yolda qəza: 8 nəfər yaralandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yolda qəza: 8 nəfər yaralandı - Video

15:43

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az Report-a istinadla xəbər verir ki, “Çeri” (Chery) markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Ardınca eyni ərazidə “Şevrolet” markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən KİA markalı maşına çırpılıb.

Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

***

Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub.

Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, "Çeri", KİA və "Şevrolet" markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Hüseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər. Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

Tarix
2024.07.25 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla