Yuxarı

Azərbaycanlı müğənni son anda xilas oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:16

Müğənni Mətin Hüseynzadə (MadTeen) qəzadan son anda xilas olub.

Axar.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görünütlər yayılıb.

İfaçı avtoyuma məntəqəsinin qarşısında olarkən anidən idarəetməni itirən avtomobil ərazidəki ağ rəngli avtomobilə çırpılıb.

Musiqiçi qəzadan son anda xilas olsa da, avtomobilin arxasında dayanan gənc oğlan bədbəxt hadisədən qaça bilməyib.

***

Avtoqəza zamanı ağır xəsarət almaqdan son anda xilas olan "Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin meneceri sözügedən hadisədən danışıb.

Bu barədə Oxu.az-a açıqlama verən Kənan Cəfərov bildirib ki, müğənninin səhhətində problem olmasa da hadisənin təsirindən çıxa bilmir:

"Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır".

***

İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Çangan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

Tarix
2024.07.26 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla