Yuxarı

Xalq yazıçısının qızı da deputat olmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni formalaşcaq Milli Məclisdə kreslo tutmaq iddiasında olanlardan biri də baş nazirin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Günay Əfədiyeva sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat olan Günay Əfəndiyevaya artıq MSK tərəfindən sənədlər təqdim edilib.

Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır.

Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, UNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

Tarix
2024.07.26 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla