Yuxarı

Klaar gedir, yerinə Qrono təyin edildi – Təsdiq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AB Şurası Maqdalena Qrononu AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Axar.az xəbər verir ki, bu barədə AB Şurası məlumat yayıb.

Bildirilib ki, Qrono 31 avqustda səlahiyyət müddəti başa çatacaq Toivo Klaarı əvəz edəcək.

O, 2024-cü il sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

Qrono BMT və ATƏT ilə sıx əməkdaşlıq şəraitində münaqişələrin, o cümlədən Gürcüstandakı böhranın və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin sülh yolu ilə həllinə töhfə verəcək.

Qrono Çexiya vətəndaşıdır və hazırda Avropa Şurasının rəhbəri Şarl Mişelin baş diplomatik müşaviri vəzifəsini tutur. Mişelin kabinetinə qoşulmazdan əvvəl o, Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun xarici siyasət üzrə müşaviri olub.

Qeyd edək ki, Qrononun namizədliyi bundan öncə Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənmişdi.

Tarix
2024.07.26 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla