Yuxarı

Narıncı xəbərdarlıq: Bakı və bölgələrdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:07

İyulun 27-si saat 9:00-a olan məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 mm, Qrız, Gədəbəydə 11 mm, Daşkəsən, Şahdağda 9 mm, Bərdə, Qusar, Şəkidə 7 mm, Quba, Tovuz, Mingəçevirdə 6 mm, Oğuz, Ceyrançöl, Yevlax, Qəbələ, Göygöl, Ağdam, Xaltan, Altıağac, Şabran, İsmayıllı, Ağstafa, Naftalan, Gəncə, Şəmkir, İmişli, Naxçıvanda 5 mm-dək olub.

Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Qusar, Qrızda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti olub.

***

Saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,7 metrdir.

***

Saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

Şəkidə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.

***

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.

Tarix
2024.07.27 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla