Yuxarı

“Mən rus casusuyam, “radistkam” isə Xədicədir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mən rus casusuyam, “radistkam” isə Xədicədir”

"Orada yazılanları ciddi qəbul etmədiyimdən, buna adekvat şəkildə cavab verməyi özümə rəva bilmirəm. Ancaq hər halda belə siyahının qeyd olunan qurumun əməkdaşlarına verilib-verilməməsinə aydınlıq gətirəndən sonra bunu şərh etmək olar".

Bunu "Aznews.az"a açıqlamasında "El" Hərəkatının sədri, Milli Şuranın Sədr Aparatının keçmiş rəhbəri Eldar Namazov "virtualaz.org" saytında gedən "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə onunla bağlı gedən yazıya münasibət bildirərkən deyib.

Bildirib ki, bu yazıdakı məqamlar uydurma məsələdirsə, buna şərh verməyə ehtiyac yoxdur, əgər həqiqətdirsə, gərək, adları çəkilənlər buna cavab versinlər:

"Mənim haqqımda da orada müəyyən məsələlər yer alıb. Əvvəlcədən deyim ki, barəmdə yazılanları uğursuz zarafat kimi qəbul edə bilərəm və elə zarafatla da cavablandıraram: "Bəli, mənim barəmdə gedənlər həqiqətdir. Mən Rusiya casusuyam, "radistkam" isə Xədicə İsmayılovadır. Ona görə ki, hər bir casusun yanında bir "radistka" olur. "Radistka" vəzifəsini isə radioda işləyən adam olmalıdır".

"Bu siyahının ABŞ xüsusi xidmət orqanlarına ötürülməsinə inanırsınızmı" sualını cavablandıran E. Namazov deyib ki, buna şübhə ilə yanaşır: "O siyahıda adı çəkilən şəxslərin bir çoxu ilə Xədicə İsmayıl yaxın münasibətdə olub, hətta bəziləri ilə ailəvi dostdurlar. Ona görə də Xədicə İsmayılın o adamlar haqda arayış verməsinə çətin inanıram. Hər halda yenə də deyirəm, buna ciddi yanaşmıram. Yəqin ki, bununla bağlı onun özünün bir açıqlaması olacaq".

Xatırladaq ki, adıçəkilən yazıda Eldar Namazov haqqında belə məlumat qeyd olunub: "Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir".

Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar da yer alıb.

Tarix
2014.02.13 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla