Yuxarı

Oğuzda ağır qəza: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda ağır qəza: ölən var

16:41

Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2107 və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Oğuzda qəza zamanı xəsarət alan sürücülərdən biri ölüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mersedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mersedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
2024.09.08 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla