Yuxarı

Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.

Axar.az xəbər verir ki, dörd gün davam edəcək tədbir Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə baş tutur.

Forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı, ümumilikdə 18 ölkəni təmsil 24 gənc lider, gənclərlə işləyən QHT rəhbərləri, eləcə də Azərbaycanın 60-dan artıq gənclər təşkilatı rəhbərləri və hökumət strukturu təmsilçiləri, ekspertlər iştirak edirlər.

Onların 4 gün müddətində qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil etməsi nəzərdə tutulur.

Tarix
2024.09.10 / 11:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Qarabağla bağlı yeni təxribat planının detalları: iki gün sonra...

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü

Paşayevin Rusiyada saxlanılma anı - Video

Rusiya İK-dən Paşayevin həbsi haqda açıqlama

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla