Yuxarı

“Rabitəbank” bu nominasiyanın qalibi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnkişaf Bankının keçirdiyi “Trade and Supply Chain Awards 2024” müsabiqəsində Rabitəbank ASC “Leading Partner Bank in Azerbaijan” nominasiyası üzrə qalib olub.

Axar.az xəbər verir ki, 3 sentyabr 2024-cü il tarixində Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyəti Asiya İnkişaf Bankı (AİB) tərəfindən hərtərəfli qiymətləndirilərək, mükafatlandırılıb.

Qeyd edək ki, “Rabitəbank” ASC və Asiya İnkişaf Bankı arasında 15 Aprel 2024-cü il tarixində “Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan sahibkarlarının və bizneslərinin beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün onları zəruri maliyyə alətləri ilə təmin etməklə dəstəklədiyini nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində, “Rabitəbank” ASC AİB-in geniş beynəlxalq tərəfdaş şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, yerli sahibkarların və bizneslərin xarici dövlətlərdəki şirkətlər və tərəfdaşlarla apardıqları ticarət əməliyyatlarını maliyyələşdirir. Asiya İnkişaf Bankının dəstəyi ilə maliyyələşmə prosesi daha effektiv və etibarlı şəkildə həyata keçirilir.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov müsahibəsi zamanı, bildirib ki, “Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsi, idxal-ixrac əməliyyatlarının dəstəklənməsi sahəsində “Rabitəbank” ASC olaraq aktiv şəkildə fəaliyyət göstəririk. Uğurlu tərəfdaşlığın nəticəsi kimi, bu gün bankımız Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə aparıcı bank kimi mükafatlandırılmışdır. Bu, bizim ölkə daxilində beynəlxalq ticarətə verdiyimiz dəstəyin və qlobal maliyyə şəbəkələri ilə əməkdaşlığımızın göstəricisidir.

“Rabitəbank” ASC olaraq, Azərbaycan sahibkarlarına və bizneslərinə daha güclü dəstək göstərməyə davam edəcək, eyni zamanda ölkəmizin qlobal bazarlarda daha da güclənməsinə töhfə verəcəyik”.

Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2024.09.10 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Qarabağla bağlı yeni təxribat planının detalları: iki gün sonra...

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü

Paşayevin Rusiyada saxlanılma anı - Video

Rusiya İK-dən Paşayevin həbsi haqda açıqlama

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla