Yuxarı

Temperatur 37 dərəcəyə yüksələcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub-şərq küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Tarix
2024.09.10 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Bakıya dəvət edildi - Rəsmi

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Qarabağla bağlı yeni təxribat planının detalları: iki gün sonra...

İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İlham Əliyev bu ölkənin yeni səfirini qəbul etdi

Ordumuz sərhəddə işə başladı, ermənilər panikaya düşdü - Video

Paşayevin Rusiyada saxlanılma anı - Video

Rusiya İK-dən Paşayevin həbsi haqda açıqlama

Rusiya artıq azərbaycanlıları “ovlamağa” başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla