Yuxarı

Komitə məşhur sement şirkətini cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məşhur sement şirkəti olan Norm MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Tarix
2024.09.18 / 11:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

İrəvanın antiterror əməliyyatı açıqlamasına Bakıdan cavab!

Erməni kəşfiyyatçı gizli şəkildə Bakıya gəlib?

Separatçılar toplanır: Bakıya qarşı növbəti təxribat...

NK 6 günlük istirahət elan etdi: Niyə “şənbələr” çəkildi?

Azərbaycan Ordusu 23 saat 48 dəqiqəyə... - Polkovnik

Antiterror tədbirləri Azərbaycanın hüququ idi

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla