Yuxarı

Yerə asteroid yaxınlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.

Bu barədə Axar.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 2024 PT5 asteroidi avqustun 7-də Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib:

"Təxminən 10 metr uzunluğunda olan asteroid, sentyabrın 29-dan noyabrın 25-dək Yerin cazibəsinə düşərək onun mini peykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq".

Qeyd edilib ki, buna baxmayaraq, bu mini peykin mühüm elmi əhəmiyyəti var:

"Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Bu məlumatlar, gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzi asteroidlər bəzən Yerə çata bilir və onların ölçüləri həmişə belə kiçik olmur".

Tarix
2024.09.20 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

İran Zəngəzurla alver edir: Əvəzində nə istəyir? - Video

Kərim Vəliyev italiyalı generalla görüşdü

Onlar bu işğalı əbədi etmək istəyirdilər - Əliyev

Əliyevdən Xankəndi ilə bağlı açıqlama: Dünyada da bilirlər ki...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla