Yuxarı

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən dünəndən etibarən ardıcıl zəlzələ xəbərləri gəlir. Qardaş ölkə bu gün yenidən silkələnib.

Axar.az xəbər verir ki, 5 gün öncə Xəzər dənizində 3.8, dünən isə 3.1 bal gücündə zəlzələ baş verib. Bu xəbərlər də ölkəmizdə əhali arasında narahatlıq yaradıb.

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, Türkiyəni Ərəbistan plitəsi bir tərəfdən, Afrika plitəsi digər tərəfdən, Avrasiya tektonik plitəsi isə başqa istiqamətdən sıxır. Yəni, Türkiyə Azərbaycanla müqayisədə seysmoaktiv bölgədə yerləşir və buna görə də orada tez-tez güclü zəlzələlər baş verir. Onun sözlərinə görə, bu zəlzələlər nəticəsində laylarda yeni parçalanmalar əmələ gəlir ki, bunlar da hamısı hərəkətlidir:

"Ölkəmizdə sonuncu hiss olunan zəlzələ 2 gün öncə Cəlilabadda qeydə alınıb. Ancaq xırda təkanlar hər gün baş verir. Elə gün olur 30, bəzi günlər 15, bəzən 40 təkan qeydə alınır".

Baş direktor onu da qeyd edib ki, ölkəmizdə xırda təkanlar hər gün baş versə də, dağıdıcı zəlzələlər proqnozlaşdırılmır.

Tarix
2024.10.18 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbulda “3+3” nazirlərinin toplantısı başladı

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir

Milli Məclisin növbəti plenar iclası başladı

Mirzoyan bu gün İstanbulda dəhlizə razılıq verəcək - Təcili

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İran səfirliyi Azərbaycanı təbrik etdi

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla