Yuxarı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 4 il ötür.

Axar.az xəbər verir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.

Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi, Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.

Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.

Tarix
2024.10.18 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

Türkiyə MN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla