Yuxarı

Stress, əsəb bağırsaq xərçəngi yaradır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stress, əsəb bağırsaq xərçəngi yaradır

Çinin Siçuyan Universitetinin alimləri xroniki stressin bağırsaq xərçəngində rolunu sübut ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, siçanlar üzərində aparılan eksperimentdə bağırsağın stressə reaksiyası izlənilib.

Belə ki, güclü stressə məruz qaldıqdan sonra onların bağırsaq mikrobiomu və bakteriyaların durumu öyrənilib.

Məlum olub ki, xroniki stress bağırsaqda çox sayda faydalı bakteriyaları, xüsusən "Lactobacillus" kəskin azaldır, nəticədə bağırsaqlarda polip, şişlərin sürətli inkişafını artırır.

Çünki "Lactobacillus"lar orqanizmin antixərçəng cavabını təmin edir. Əlavə sübutlar üçün alimlər siçanlara laktobakteriyalı, probiotikli yem verib. Müşahidələr göstərib ki, bu zaman şişlərin və metastazların inkişafı ləngiyib.

Alimlərin sözlərinə görə, bu araşdırma kolorektal xərçəngin profilaktikasında yeni imkanlar açacaq.

"Lactobacillus" xərçəng əleyhinə təsiri araşdırılmalıdır.

Tarix
2024.10.18 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla